AUT.AZ

“Bavariya” mövsüm bitməmiş yeni baş məşqçini açıqlamaq istəyir: İki namizəd qalıb

“Bavariya” bu mövsümün sonunda komandadan ayrılan Tomas Tuxelin yerinə çalışacaq məşqçinin axtarışlarını davam etdirir.

Aut.az xəbər verir ki, əsas namizədin Avstriya millisinin çalışdırıcısı Ralf Ranqnik olduğu bildirilir. Mütəxəssis bundan imtina edib. Lakin Münhen klubu danışıqları davam etdirir. “Pivəçilər” “Leypsiq”in keçmiş baş məşqçisinin fikrini dəyişəcəyinə ümid edirlər.

Roberto De Zerbi başqa bir seçim olaraq qalır. Lakin “Brayton”una çalışdırıcıs ilə danışıqlar bu mərhələdə irəliləməyib.

“Bavariya” rəhbərliyi isə tələsir. Çünki mövsümün sonuna qədər və ya heç olmasa Avro-2024-ün startına qədər bütün məsələləri həll etmək istəyir.

Exit mobile version