AUT.AZ

Azərbaycan millisinin rəqibi turnirdə iştirak edəcək

Millətlər Liqasının C1 qrupunda Azərbaycan millisinin rəqibi olan Estoniya yığması Baltik kubokunda açılış oyununa çıxacaq.

Aut.az xəbər verir ki, Estoniya millisi Farer adaları ilə qarşılaşacaq.

Qarşılaşma iyunun 8-də Tallində baş tutacaq. Mini-turnirdə Estoniya və Farer adaları ilə yanaşı, Litva və Latviya yığmaları da çıxış edəcək.

Xatırladaq ki, Azərbaycan və Estoniya milliləri oktyabrın 11-də və noyabrın 16-da üz-üzə gələcək.

Exit mobile version