AUT.AZ

Yığmanın 21 yaşlı üzvü intihar etdi

Çimərlik voleybolu üzrə “Zareçye-Odintsovo” komandasının idmançısı Arina Mixaylina 21 yaşında ölüb.

Aut.az xəbər verir ki, bu barədə Ümumrusiya Voleybol Federasiyasının (VFV) saytında məlumat verilib.

Məlumata görə, idmançı intihar edib. O, aprelin 21-də axşam saatlarında Moskvanın cənub-şərqindəki yataqxananın yaxınlığında tapılıb. Həkimlər Mixaylinanı xilas edə bilməyiblər.

Voleybolçu Rusiya çempionatının qalibi olub. O, ölkənin gənclər yığmasında çıxış edib.

Aut.az

Exit mobile version