AUT.AZ

“Real”ın futbolçusu Premyer Liqa yolunda

“Real”ın müdafiəçisi Ferland Mendi karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Aut.az xəbər verir ki, fransalı futbolçunun transferində 3 klub maraqlıdır. Bu barədə “L’Equipe” məlumat yayıb.

Mənbə iddia edir ki, Mendini “Arsenal” , “Liverpul ” və “Mançester Yunayted” transfer edirmək istəyir.

Fransalı futbolçu heyətdəki yüksək rəqabət səbəbindən Madrid klubundan ayrılmalı ola bilər. Yayda “kral klubu” sol cinah müdafiəçisi mövqeyinə daha bir oyunçu almağı planlaşdırır. Çox güman ki, bu, “Bavariya”dan Alfonso Devis olacaq.

“Transfermarkt” Mendinin dəyərini 20 milyon avro olaraq qiymətləndirir. Bu mövsüm o, İspaniya çempionatında 21 oyun keçirib.

Aut.az

Exit mobile version