AUT.AZ

“Qızıl top”un qalibi A seriyası klubunu xilas edəcək?

Dünya çempionu və 2006-cı ildə “Qızıl top” sahibi Fabio Kannavaro “Udineze”yə rəhbərlik edəcək.

Aut.az xəbər verir ki, bu, “Parma”, “Yuventus” və “Real”ın sabiq müdafiəçisinin baş məşqçi kimi A Seriyasında ilk təcrübəsi olacaq. O, əvvəllər Çin yığmasında, Səudiyyə Ərəbistanında (“Əl-Nəsr”) və İtaliya B Seriyasında (“Benevento”) çalışıb.

Məşhur jurnalist Nikolo Skiranın sözlərinə görə, müqavilə uzadılması variantı ilə cari mövsümün sonuna qədər qüvvədə olacaq.

“Udineze” hazırda A seriyasında turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb. Kannavaronun əsas vəzifəsi klubun elitada yerini qorumasını təmin etməkdir.

Aut.az

Exit mobile version