AUT.AZ

Paris-2024-ə vəsiqə qazanmaq istəyirdi, həyatını itirdi

Tanınmış marafon qaçışçısı Adrian Leman vəfat edib.

Aut.az xəbər verir ki, o, Sürix marafonunda iştirak etməli olsa da, startda görünməyib. Mətbuatda idmançının zədələndiyi barədə məlumat yayılıb. Yarış bitdikdən sonra İsveçrə Atletika Federasiyası yayılan informasiyaları təkzib edən, amma dəhşətli xəbər yayıb.

Qurumun mətbuat xidməti Lemanın öldüyünü açıqlayıb. 34 yaşlı idmançı infarkt keçirib. Marafonçu xəstəxanaya çatdırılsa da, hadisənin nəticələri çox ağır olub. O, dünyasını dəyişib.

Qeyd edək ki, Andrian Olimpiadaya vəsiqə uğrunda mübarizədə lider idi. O, Sürix marafonunu qatılmaya bilərdi. Ancaq idmançı bu yarışda uğurlu çıxış etməklə Paris-2024-ə vəsiqəni vaxtından əvvəl təmin etməyi planlaşdırırdı.

Aut.az

Exit mobile version