AUT.AZ

Bu döyüşdən əvvəl hər gün içirmiş

Boksçu Rayan Qarsiya Devin Heynlə döyüşə hazırlığından danışıb.

Aut.az xəbər verir ki, ötən gecə Qarsiya səs çoxluğu ilə qalib gəlib, Heyn karyerasında ilk dəfə məğlub olub.

“İnsanların mənə qarşı dediklərinə əhəmiyyət vermir. Od və sudan keçdim, amma hər şeydən sağ çıxdım və Heyni döydüm. Hər gün içdim və yenə də qazandım.

Bazar ertəsindən bəri hər gecə içirəm. İçdim, içdim, içdim. Nə olub? Mən qazandım! Mən bununla fəxr etmirəm, sadəcə sizə deyirəm. Bu, mənim yıxılmadığımın sübutudur. İstədiyimi edə bilərəm.

Niyə içdim? Bu əyləncədir! Üstəlik, çox şey oldu, xüsusən də boşanma. O qədər şeylər oldu ki, məni bir az sındırdı. Mənə kömək edəcəyini düşündüyüm şeyi etdim”, – Qarsianın sözlərini “Boxing Scene” sitat gətirib.

Aut.az

Exit mobile version