AUT.AZ

Azərbaycan stolüstü tennisçiləri beynəlxalq yarışlara qatılacaqlar

Azərbaycan stolüstü tennisçiləri növbəti beynəlxalq yarışlara qatılacaqlar.

Aut az xəbər verir ki, təmsilçilərimizdən Onur Quluzadə ilə Yağmur Məmmədli Fransanın Mets və Belçikanın Spa şəhərlərində təşkil olunan “WTT Youth Contender” turnirlərində qüvvələrini sınayacaqlar.

Yığmamızın üzvləri məşqçilər Mixail Timofeyevlə Elnur Hidayətzadənin rəhbərliyi ilə yarışlara qatılacaqlar.

Bu gün start götürəcək turnirlər aprelin 28-də başa çatacaq.

Exit mobile version