AUT.AZ

Ronaldo ilə Ançelottinin unikal dialoqu: 100 kiloqram idi, dedim ki…

Şübhəsiz ki, çoxlarınız 2000-cü illərin ortalarındakı qorxulu “Milan”ı xatırlayır.

Xatırlamırsınızsa, 2001-2009-cu illərdə klubda çalışmış Karlo Ançelotti yadınıza salar.

İndi italyan “Real Madrid”i uğurla çalışdırır, lakin Ronaldo ilə tanışlığı onda silinməz təəssürat yaradıb.

“Mən “Milan”da olanda Ronaldo ilə müqavilə imzaladıq. Onun çəkisi 100 kiloqram idi. İlk oyundan əvvəl ona dedim ki, arıqlamalı olduğu üçün oynaya bilməz.

Cavab verdi: “Mənim qaçmağımı, yoxsa qol vurmağımı istəyirsən? Əgər qaçırıqsa, məni skamyada oturdun, futbol oynayırıqsa, meydana buraxın”.

Mən onu meydana buraxdım. Qaçmadı, amma dubl etdi”, – Ançelotti etiraf edib.

Xatırladaq ki, Ronaldo 2007-2008-ci illərdə “Milan”da çıxış edib. Onun 20 matçda 9 qolu var.

Aut.az

Exit mobile version