AUT.AZ

Nicat Abasov heç-heçə etdi

Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirinin növbəti görüşündə heç-heçə edib.

Aut.az xəbər verir ki,  28 yaşlı qrossmeyster XIII turda Vidit Santoşla (Hindistan) qarşılaşıb.

Abasov qara fiqurlarla oynayıb.

Bu nəticədən sonra Abasov 3,5 xalla sonuncu – səkkizinci pillədə qərarlaşıb. Santoş isə 5,5 xalla altıncıdır.

Qeyd edək ki, yarış aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan qrossmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.

Exit mobile version