AUT.AZ

Karyerasında ilk məğlubiyyəti ondan aldı

Aprelin 21-nə keçən gecə Nyu-Yorkda boks gecəsi baş tutub.

Aut.az xəbər verir ki, gecənin əsas döyüşündə Rayan Qarsiya Devin Heyni ilə qarşılaşıb.

Döyüş bütün 12 raund davam edib və Qarsiya səs çoxluğu ilə qalib gəlib (112-112, 114-110, 115-109).

Əlavə edək ki, Qarsiya çəki kateqoriyası limitini yerinə yetirmədiyi üçün titul almayıb.

O, 1 məğlubiyyətlə karyerasında 25-ci qələbəsini qazanıb. Heney isə 32-ci döyüşündə ilk dəfə məğlub olub.

Aut.az

Exit mobile version