AUT.AZ

Görün Mayk Tayson küçədə kiminlə döyüşdü – VİDEO  

Mayk Tayson aprelin 19-da Bruklin küçələrində ekspromt döyüş keçirib.

Aut.az xəbər verir ki, əfsanə Şennon Briqqslə toqquşub. Hər iki boksçu köynəklərini çıxarıb, daha sonra fanatların əhatəsində döyüşə çıxıblar.

İyulun 20-də Mayk Tayson Ceyk Polla döyüşəcək. Boks üzrə keçmiş dünya çempionu üçün bu, demək olar ki, dörd illik fasilədən sonra rinqə qayıdış olacaq.

Qarşıdurma boks qaydalarına uyğun baş tutacaq. Lakin 57 yaşlı boksçunun qarşısında duran vəzifə asan olmayacaq. Rəqibi artıq bir neçə qələbə qazanıb.

Taysonun döyüşə hazırlığı bir neçə həftə əvvəl başlayıb. Boksçu müntəzəm olaraq sosial şəbəkələrində fiziki hazırlığı ilə öyündüyü videolar yayımlayır.

Şennon Briqqs WBO üzrə keçmiş dünya çempionudur. O, 2006-cı ildə Sergey Lyaxoviçə qalib gələrək arzulanan kəməri qazanıb. Amerikalı karyerası ərzində 60 qələbə qazanıb.

Aut.az

Exit mobile version