AUT.AZ

Çində də o qalib gəldi

“Red Bull” pilotu Maks Ferstappen Formula 1 2024 mövsümünün Çin Qran Prisinin qalibi olub.

Aut.az xəbər verir ki, niderlandlı sürücü “Maclaren”dən Lando Norris və onun komanda yoldaşı Serxio Peresi qabaqlayıb.

3-cü yerdən başlayan Fernando Alonso 7-ci, Lyuis Hhmilton 9-cu olub. “Ferrari” təmsilçiləri Çarlz Lekler və Karlos Sayns 4-5-ci yerləri tutublar.

Ferstappen üçün bu qələbə mövsümün beş yarışında dördüncü olub.

Aut.az

Exit mobile version