AUT.AZ

Azərbaycan parabadmintonçu beynəlxalq turnirdə “bürünc” qazanıb

Azərbaycan parabadmintonçu İbrahim Əliyev İspaniyanın Vitoriya-Qasteys şəhərində keçirilən beynəlxalq turnirdə qoşa yarışda bürünc medal qazanıb.

Aut.az xəbər verir ki, Sinqapurlu Tay Vey Minqlə birgə mübarizə aparan idmançımız qrup mərhələsini uğurla tamamlayıb. 1/4 finalda Fransadan olan rəqiblərini məğlub edən cütlük yarımfinala vəsiqə qazanıb.

Burada Hindistan idmançılarına məğlub olan ikili bürünc medala sahib çıxıb

Exit mobile version