AUT.AZ

“Roma” bəyanat yaydı: A seriyasının bu addımına görə

“Roma” A Seriyasının rəhbərliyinin “Udineze” ilə yarımçıq qalan matçın başa çatacağı günü 25 aprel tarixiniə təsdiqlədikdən sonra bəyanat yayıb.

Aut.az xəbər verir ki, Avropa Liqasında mübarizəni davam etdirən paytaxt təmsilçisi təqvimdən narazılıq edib.

““Roma”nın nəticələri komandanın Avropa Liqasınımn yarımfinalına yüksəlməklə yanaşı, UEFA-nın reytinqinin yüksəlməsinə və Çempionlar Liqasının növbəti buraxılışında İtaliya komandalarına beş yerin ayrılmasına səbəb olub.

Buna baxmayaraq, A seriyası bu gün “Roma”ya qarşı ədalətsiz qərar qəbul edərək, “Bayer Leverkuzen”lə oyun ərəfəsində bizi əlverişsiz vəziyyətə saldı. Bu, bizim üçün anlaşılmaz addımdır.

“Roma” komandası, oyunçular və işçi heyəti öz öhdəliklərinə sadiqliklərini bir daha təsdiqləyir və gözəl azarkeşlərimizin dəstəyi ilə mövsüm üçün ən yaxşı məqsədlərinə nail olmağa çalışacaqlar”, – deyə bəyanatda bildirilir.
Xatırladaq ki, “Udineze” ilə oyun 72-ci dəqiqədə Evan Ndikanın xəstələnməsindən sonra dayandırılıb. Bundan əlavə, romalılar gələn həftə daha iki oyun keçirməli olacaqlar.

“Roma” aprelin 22-də A Seriyasının 33-cü turu çərçivəsində “Bolonya”nı qəbul edəcək, 25-də “Udineze” ilə qarşılaşacaq, aprelin 27-də isə “Napoli”nin qonağı olacaq.

Qeyd edək ki, “Roma” – “Bayer Leverkuzen” matçı mayın 2-də keçiriləcək.

Aut.az

Exit mobile version