AUT.AZ

Çindəki insidentə görə üzr istədi

“Ferrari” komandasının sürücüsü Karlos Sayns Çin Qran Prisinin sprint yarışında komanda yoldaşı Çarlz Leklerlə keçirdiyi sərd mübarizədən danışıb.

Aut.az xəbər verir ki, nəticədə “Red Bull” komandasının sürücüsü Serxio Peres onların hər ikisini geridə qoyub.

“Fernandonu qovaraq, yeddinci turda yaxşı bir hərəkət etdim, lakin o, doqquzuncu turda məni ötməyə qərar verdi və bu, hər ikimiz üçün yarışı məhv etdi. Həmin epizodda avtomobilimdə nasazlıq yarandı.

Özümü müdafiə etmək üçün əlimdən gələni etdim. Çarlzla çox sərt mübarizə apardımsa, üzr istəyirəm. Amma bu gün biz hamımız çox gərgin mübarizə apardıq və mən vəziyyəti nəzarətdə saxlamağa çalışdım”, – “Krash” Saynsdan sitat gətirib.

Çin Qran Prisində sprint yarışında Çarlz Lekler dördüncü, Karlos Sayns isə beşinci yeri tutub.

Aut.az

Exit mobile version