AUT.AZ

Zidan bu klubun baş məşqçisi olacaq? – Bir addım qalıb

Zinəddin Zidanın “Bavariya”ya rəhbərlik etməyinə bir addım qalıb.

Aut.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.

Mənbənin sözlərinə görə, iki tərəf arasında danışıqların gedişi ilə tanış olan insanlar hələ imzalanmamış sövdələşməni praktiki olaraq başa çatmış hesab edirlər. Zidanın Almaniya klubunun rəhbərliyindən xüsusilə müdafiə xəttində gücləndiricilər istəməyi planlaşdırdığı da bildirilir.

Hazırkı baş məşqçi Tomas Tuxel mövsümün sonunda “Bavariya”nı tərk edəcək. Alman mütəxəssislə müqavilə 2025-ci ilin yayına kimi hesablanıb.Llakin tərəflər müqaviləni vaxtından əvvəl ləğv etmək barədə razılığa gəliblər.

Aut.az

Exit mobile version