AUT.AZ

“Real” Ardanı bu kluba buraxacaq?

“Sevilya” “Real”ın yarımmüdafiəçisi Arda Gülərlə maraqlanır.

Aut.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Andalusiya təmsilçsii 19 yaşlı türkiyəli futbolçunu növbəti mövsüm üçün icarəyə götürmək istəyir. Ardanın özü də növbəti mövsümdə daha çox oynamaq üçün bu varianta isti yanaşır.

Lakin “Real” belə bir razılaşmanın əleyhinə olduğu bildirilir. Əsas məsələ Madrid klubunun “Sevilya” ilə münasibətləri pis olmasıdır. Bundan əlavə, “Real” Çempionlar Liqasında çıxış edən kluba üstünlük verir. “Sevilya” hazırda La Liqa turnir cədvəlində 13-cü yerdədir. Komandanın avrokuboka vəsiqə qazanmaq şansı ümumiyyətlə yoxdur.

Bəzi mənbələrdə “Real Sosyedad”ın da Güləri icarəyə götürməkdə maraqlı olduğu bildirilir.

Exit mobile version