AUT.AZ

Qvardiolanın etirafı: İki mövsüm dedi ki, məni buraxın, nə edə bilərdik?

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Koul Palmeri komandada saxlaya bilməmələrindən danışıb.

Aut.az xəbər verir ki, Qvardiola bu barədə ESPN-ə açıqlama verib. Ötən il “Çelsi” Palmeri “Mançester Siti”dən 47 milyon avroya alıb.

Bu mövsüm 21 yaşlı ingilis futbolçu Premyer Liqada 20 qola imza atıb və “Siti”nin hücumçusu Erlinq Haalandla bombardirlər yarışında liderliyi bölüşür.

“O, müstəsna oyunçudur. Mən dəfələrlə demişəm ki, ona, yəqin ki, layiq olduğu dəqiqələri verməmişəm. O, böyük potensiala malik təvazökar oğlandır, fantastik oynayır, mən nə deyə bilərəm? Qərar bir çox səbəblərə görə verilib.

İki mövsüm onu ​​buraxmağı xahiş etdi, qalmasını istədim. O, getmək istədiyini söylədi. Biz nə edə bilərdik? Mahrez getdiyi üçün qalmağı xahiş etdim, amma iki mövsüm getmək üçün təkid etdi”, – Qvardiola bildirib.

Aut.az

Exit mobile version