AUT.AZ

Peres və Ançelotti “Real”ın qəhrəmanını belə təbrik etdi – FOTO

Çərşənbə günü, aprelin 17-də Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab qarşılaşmasında “Mançester Siti” “Real”ı qəbul edib.

Əsas vaxtda komandalar 1:1 hesablı heç-heçə edib və oyun əlavə vaxta, daha sonra isə penaltilər seriyasına keçib və “Real” qalib gəlib (4:3) .

Oyunsonrası penaltilər seriyasında ukraynalı qapıçı Andrey Lunin iki seyv edib ki, bu da “Real”ın qalib gələrək turnirin yarımfinalına yüksəlməsinə şərait yaradıb.

Matçdan sonra ukraynalı qolkiperi paltardəyişmə otağında “Real”ın baş məşqçisi Karlo Ançelotti və “Los Blankos”un prezidenti Florentino Peres təbrik edib.

Exit mobile version