AUT.AZ

Müqaviləni rəsmən uzatdı: “Bavariya” şokdadır

Almaniya Futbol Assosiasiyasının mətbuat xidməti Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann ilə 2026-cı ilin yayına qədər yeni müqavilə imzaladığını bildirib.

Aut.az xəbər verir ki, Naqelsmann Almaniya millisini ötən ilin sentyabrında çalışdırır. 36 yaşlı mütəxəssis karyerasının əvvəlində “Bavariya”, “RB Leypsiq” və “Hoffenhaym”ı çalışdırıb. Mətbuatda Yulianın xidmətində “Liverpul” və “Bavariya”nın maraqlı olması ilə bağlı xəbərlər yayılmışdı.

Bu yay Almaniyada futbol üzrə Avropa çempionatı keçiriləcək. Yulianın komandası A qrupunda qərarlaşıb.  Almaniya komandasının rəqibləri Şotlandiya, Macarıstan və İsveçrə milliləri olacaq. Avro 2024 iyunun 14-dən iyulun 14-dək keçiriləcək.

Aut.az

Exit mobile version