“Arsenal” mövsümlərarası fasildəə ən azı iki hücumameyilli oyunçu almağı planlaşdırır.
Aut.az “The Guardian”a istinadən xəbər verir ki, “topçular” “Nyukasl”ın hücumçusu Aleksander Isak və “Kristal Pelas”ın hücumameyilli yarımmüdafiəçisi Maykl Oliseni transfer etmək istəyir.
Mənbə qeyd edir ki, London klubu bu futbolçular üçün ümumilikdə 165 milyon funt-sterlinq ödəməli olacaq. “Transfermarkt” İsakı 70 milyon, Oliseni isə 50 milyon avro olaraq qiymətləndirir.
Aut.az