AUT.AZ

“El klasiko”nun səviyyəsi aşağı düşüb: Özil günahkarı göstərdi

“Real”ın sabiq futbolçusu Məsut Özil İspaniya çempionatında “Barselona” ilə “Los Blankos” matçı öncəsi gözləntilərini bölüşüb.

Aut.az xəbər verir ki, 35 yaşlı futbolçu İspaniyanın əsas derbisinin səviyyəsinin aşağı düşdüyünü bildirib:

“Məncə, “El Klasiko”nun səviyyəsi aşağı düşüb. Bu, çox üzücüdür. Amma bu, “Real”ın günahı deyil. Çünki onlar şübhəsiz ki, dünyanın ən yaxşı komandalarından biridir. Problem potensialını itirmiş “Barselona”dadır. “Barsa” öz oyununu daha çox inkişaf etdirməli və daim hakimlərdən şikayət etməməlidir”.

“Real” aprelin 21-də “Santyaqo Bernabeu”da “Barsa”nı qonaq edəcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq Çempionatın başa çatmasına 7 tur qalmış Madrid klubu kataloniyalıları 8 xal qabaqlayır.

Qeyd edək ki, Özil 2010-2013-cü illərdə “Real”ın heyətində 159 oyun keçirib, 27 qol vurub və 81 məhsuldar ötürmə edib.

Aut.az 

Exit mobile version