AUT.AZ

Dünya çempionu “Barselona”ya təklif olundu

“Betis”in yarımmüdafiəçisi Qvido Rodrigez “Barselona”ya keçə bilər.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Mateo Moretto məlumat yayıb.

Mənbənin sözlərinə görə, futbolçunun agentləri kataloniyalılara yayda “ağ-yaşıllar” ilə hazırkı müqaviləsi başa çatandan sonra azad agent statusu ilə transfer etməyi təklif ediblər.

Bu mövsüm 30 yaşlı Rodriges 24 matça çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.  “Transfermarkt” portalı argentinalının dəyərini 24 milyon avro qiymətləndirir. O, Argentina millisi lə 2022-ci ildə dünya çempionu olub.

Aut.az

Exit mobile version