AUT.AZ

“Billie Jean King Cup”da rekord

“Billie Jean King” Kubokunun təsnifat mərhələsində Braziliya və Almaniya arasında San-Pauludakı “Ginasio do İbirapuera” stadionunda keçirilən qarşılaşmanı ikinci gündə 8050 azarkeş izləyib.

Bu, turnirdə bir günlük rekord olub. İki gün ərzində keçirilən qarşılaşmada isə ümumilikdə 14940 tamaşaçı iştirak edib ki, bu da yarışın yeni rekordu olub.

Qeyd edək ki, qarşılaşmada qalib gələn Almaniya finala vəsiqə qazanıb. Braziliya millisi mövsümün sonunda pley-off mərhələsində Ukrayna yığması ilə oynayacaq.

Aut.az

Exit mobile version