AUT.AZ

“Barselona”nın “Kamp Nou”ya qayıdış tarixi müəyyənləşdi

“Barselona”nın direktorlar şurası komandanın ötən ilin yayından yenidən qurulan “Kamp Nou” stadionuna qayıtmasının dəqiq tarixini müəyyənləşdirib.

Aut.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, qayıdış bu il dekabrın 15-ə planlaşdırılıb. Eyni zamanda, oyunda arenanın tutumu planlaşdırılan 105 min yerin 60%-ni, yəni təqribən 63 mini təşkil edəcək.

Əvvəlcə kataloniyalıların idarə heyəti təmir edilmiş arenada ilk oyunun tarixinin klubun 125 illik yubileyinə – 29 noyabra təsadüf etməsini istəyib. Amma sonda tələsməməyə qərar verildi.

Aut.az

Exit mobile version