AUT.AZ

52 yaşında qol vurdu

Çexiya hokkey millisinin tərkibində olimpiya çempionu olan Yaromir Yaqr 52 yaş 63 günlüyündə qol vurub.

Aut.az xəbər verir ki, “Kladno” klubunun sahibi ölkə çempionatında qalmaq uğrunda “Vsetin”ə qarşı keçrilən seriyanın ikinci görüşündə fərqlənib. Bununla o, komandasının 7:2 hesablı qələbəsinə tövhə verib.

Yaqr buna qədər cari mövsümdə 15 oyunda 4 məhsuldar ötürmə də edib.

O, peşəkar liqalarda oynayan ən yaşlı hokkeyçidir. O, 52 yaş 11 günlüyündə NHL-dən təqaüdə çıxan Qordye Haunun nailiyyətini geridə qoyub.

Yaromir Yaqr NHL-də 1733 oyunda iştirak edib, 766 qol və 1155 məhsuldar ötürmə ilə yadda qalıb. Çexiyalı turnir tarixində ən çox qol vuranlar siyahısında ikinci yeri tutur

Çexiya millisinin üzvü kimi Yaqr 1998-ci ildə Naqanoda keçirilən Oyunlarda Olimpiya çempion, 2006-cı ildə Turində keçirilən Olimpiadada bürünc medal qazanıb. İkiqat dünya çempionu (2005, 2010) və dünya çempionatlarının bürünc mükafatçısıdır (1990, 2011).

Exit mobile version