AUT.AZ

Əgər sən böyük futbolçuları məşq etdirə bilmirsənsə… – Mourinyo

Portuqaliyalı məşhur məşqçi Joze Mourinyo öz peşəsində dünya səviyyəli futbolçularla işləmək bacarığının vacibliyindən danışıb.

“Əgər sən böyük oyunçuları məşq etdirə bilmirsənsə, heç kimi məşq etdirə bilməzsən. Heç kimə futbol oynamağı öyrətməyəcəyinizi başa düşmək vacibdir. Kriştiano Ronaldoya topu necə vurmağı, Zlatana İbrahimoviçə topu sinəsi ilə saxlamağı və ya Droqbaya yaxın dirəyə qaçıb başı ilə qol vurmağı öyrətməyə ehtiyac yoxdur”, – “Reddit” Mourinyodan sitat gətirb.

Xatırladaq ki, hazırda Mourinyo işsizdir. Onun son iş yeri 2021-ci ilin yayından 2024-cü ilin yanvarına kimi rəhbərlik etdiyi “Roma” olub. Bu müddətdə “Roma” Konfrans Liqasının qalibi olub (2021/2022 mövsümü) və eyni zamanda Avropa Liqasının finalına (2022/2023 mövsümü) çıxıb.

Aut.az

Exit mobile version