AUT.AZ

Ümid edir ki, çoxlu pivə içiblər – “Bayer”ə belə qalib gəlmək olar

“Vest Hem”in baş məşqçisi Devid Moyes Avropa Liqasının 1/4 finalında evdə “Bayer”lə cavab oyunu ilə bağlı gözləntilərini bölüşüb.

Aut.az xəbər verir ki, komandalar arasında Leverkuesdə keçirilən ilk oyun ingilislərin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Bazar günü isə “Bayer” klub tarixində ilk dəfə Almaniya çempionu olub.

“Leverkuzendə ilk qol yalnız 83-cü dəqiqədə oldu. Sabah bizə qol vurmaq üçün eyni vaxt tələb oluna bilər. Səbir edib sona qədər oynamalıyıq. Biz mümkün olan hər şeyi edəcəyik. Çox çətin matç olacaq, amma uğura inanırıq.

“Bayer”in çempionluğu necə qeyd etdiyini görmədim. Ümid edirəm ki, onlar Almaniyada satılan böyük bakallarda çoxlu pivə içiblər”, – Moyes mətbuat konfransında deyib.

Aut.az

Exit mobile version