AUT.AZ

Enrikenin qızı indi də onunla eşq yaşayır – FOTO

PSJ-nin baş məşqçisi Luis Enrikenin qızı Sira Martinezin yeni sevgilisinin kimliyi müəyyənləşib.

Aut.az xəbər verir ki, o, “Real Sosyedad”ın və İspaniya millisinin müdafiəçisi Robin Le Normandla münasibətdədir. Bu barədə İspaniyanın “Socialite” telekanalı məlumat yayıb.

Cütlüyün San Sebastiyanda görüntüləndiyi, qucaqlaşdıqları və hisslərini gizlətmədikləri qeyd edilir.

Maraqlıdır ki, Enrikenin 24 yaşlı qızı daha əvvəl İspaniya millisinin başqa bir futbolçusu Ferran Torreslə münasibətdə idi. Qız “Barselona”nın cinah oyunçusu ilə ötən ilin mayında ayrılıb.

Qeyd edək ki, 27 yaşlı Le Norman Fransada anadan olub, lakin 2023-cü ildə İspaniya millisində debüt edib.

Exit mobile version