AUT.AZ

ÇL-də durum dəyişdi: Bukmekerlər yeni favorit müəyyənləşdirdi

Aprelin 16 və 17-də Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunları keçirilib.

Aut.az xəbər verir ki, PSJ, “Real”, “Borussiya” və “Bavariya”nın yarımfinala adalmasından sonra bukmeker kontorları ÇL-də favoriti yeniləyiblər.

İndi əsas iddiaçı, gözlənildiyi kimi, “Real”dır. 1/4 finalın cavab matçından əvvəl bu, Mançester Siti idi.

Bukmekerlər “Real”ın uğurunu 2.40 əmsalla dəyərləndirirlər.  PSJ-nin qalibiyyəti isə 3,50 əmsalında təyin edilib. “Bavariya”nın da şansı pis deyil – 3,75.

Lakin bukmekerlər “Borussiya”ya inanmırlar – 10.00.

Aut.az

Exit mobile version