AUT.AZ

Azərbaycan millisinin kapitanı Macarıstan çempionu oldu

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı Ayşən Abduləzimova növbəti dəfə Macarıstan çempionatının qalibi olub.

Aut.az xəbər verir ki, onun komandası “Vaşaş” final mərhələsində KNRC klubunu üstələyib.

Hər üç görüşdə qələbə qazanan “Vaşaş” qızıl medallara sahib çıxıb. Abduləzimova son matçda 12 xal toplayıb.

Ayşən Abduləzimova bu il həm də Macarıstan kubokunun qalibi olub.

Exit mobile version