AUT.AZ

Azərbaycan gimnastları dünya kubokunun finalına yüksəlib

İdman gimnastika üzrə Azərbaycan milli komandasının üzvləri Qətərin paytaxtı Dohada keçirilən dünya kubokunda final mərhələsinə vəsiqə qazanıblar.

Aut.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, kişilərin yarışında Nikita Simonov halqalar üzrə proqramı uğurla yerinə yetirərək həlledici mərhələyə yüksəlib.

Qadınlarda isə dayaqlı tullanma proqramında Nazənin Teymurova finala vəsiqə qazanıb.

Yarışa aprelin 20-də yekun vurulacaq.

Exit mobile version