AUT.AZ

“Yuventus” ulduzunu satır: Alleqri ilə yola getmir

“Yuventus” hücumçusu Federiko Kyeza ilə yollarını ayıra bilər.

Aut.az xəbər verir ki, bu barədə “Tuttosport” nəşri məlumat yayıb.

Turin klubu 26 yaşlı futbolçu üçün təklifləri nəzərdən keçirməyə hazırdır. Mənbə bildririr ki, Kyeza komandanın baş məşqçisi Massimiliano Alleqri ilə fikir ayrılığına görə “Yuve”ni tərk etməkdə qərarlıdır.

İtaliyalıya iddialılar arasında İngiltərə Premyer Liqasının iki klubunun “Liverpul” və “Nyukasl”ın adı var.

“Transfermarkt” Kyezanı 40 milyon avro olaraq qiymətləndirir. Bu mövsüm o, İtaliya çempionatında 27 oyun keçirib, 7 qol vurub və 2 məhsuldar ötürmə edib.

Aut.az

Exit mobile version