AUT.AZ

PSJ ÇL-i qazansa, Mbappe qalacaq? – Cavabı belə oldu

Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Barselona” üzərində möhtəşəm qələbədən (4:1) sonra parislilərin lideri Kilian Mbappe jurnalistlərin “hücumuna” məruz qalıb.

Aut.az xəbər verir ki, Mbappe PSJ ÇL-in qalibi olacağı təqdirdə Paris klubunda qalıb-qalmayacağına qəti cavab verib.

Daha əvvəl məlumat yayılmışdı ki, Parislilər Çempionlar Kubokunu qazansa, Kilian qərarını dəyişə bilər.

“PSJ ilə Çempionlar Liqasını qazanmağı xəyal edirəm, finalın keçiriləcəyi “Uembli”yə getməyə çalışacağıq. PSJ-nin qələbəsi gələcəklə bağlı qərarımı dəyişə bilərmi? Xeyr, yox, yox”, – tanınmış insayder Fabritsio Romano Mbappenin sözlərini sitat gətirib.

Qeyd edək ki, parislilər yarımfinalda Dortmund “Borussiya”sı ilə qarşılaşacaq.

Aut.az

Exit mobile version