AUT.AZ

“Neftçi”də rəhbər olmaq istəyən yoxdur?

“Neftçi” aprelin 2-dən bəri rəhbərsiz qalıb. Klubun Müşahidə Şurasının sədri, SOCAR-ın prezidenti Rövşən Nəcəf həmin gün AFFA prezidenti seçildikdən sonra “ağ-qaralar”dakı vəzifəsindən istefa verib.

Bu o deməkdir ki, “Neftçi”yə yeni rəhbər təyin edilməlidir. Hazırda bütün cəbhələrdə – həm Azərbaycan Premyer Liqasında, həm də ölkə kubokunda uğursuz çıxış edən klub uzun müddət rəhbərsiz qala bilməz. Bəs MŞ-nin yeni sədri nə vaxt müəyyənləşəcək?

Aut.az xəbər verir ki, məsələ ilə bağlı “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Emin Əfəndi Publika.az-a açıqlamasında hazırda bu məsələdə hər hansı yeniliyin və ya informasiyanın olmadığını bildirdi.

Qeyd edək ki, mətbuatda “Neftçi”nin Müşahidə Şurasının sədri vəzifəsinə bir namizədin adı hallanır. “Ağ-qaralar”ın Bakı Neft Emalı Zavodunun (BNEZ) direktoru Xəyal Cəfərova həvalə olunacağı bildirilir.

Exit mobile version