AUT.AZ

Meydanda huşunu itirən 26 yaşlı futbolçu öldü

İtaliya futbolunda daha bir faciə yaşanıb.

Aut.az xəbər verir ki, beşinci liqada çıxış edən “Castelfiorentino United 1925”-in oyunçusu Mattia Cani “Lanciotto Campi” ilə matçda huşunu itirib. Sahəyə tibb işçiləri gəlib. Xilasedicilər defibrilatordan istifadə etməklə ürək masajına başlayıblar. 26 yaşlı futbolçu bütün cəhdlərinə baxmayaraq, özünə gəlməyib.

Oyunçu yerli xəstəxanaya çatdırılıb. Bir neçə saat ərzində həkimlər italyan futbolçunun həyatı üçün mübarizə aparıblar.

Bununla belə, Caninin klubu bazar ertəsi faciəli xəbəri yayıb. Təəssüf ki, futbolçunu xilas etmək mümkün olmayıb.

Futbolçunun ölüm səbəbinin ürək çatışmazlığı olduğu bildirilib. Lakin 26 yaşlı futbolçunun əvvəllər də oxşar problemləri olub-olmadığı hələlik məlum deyil. İşlə İtaliya prokurorları məşğul olur.

Aut.az

Exit mobile version