AUT.AZ

İnsanlar onun “Real” haqda dediklərinə inanmırlar

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola bu mövsüm “Real Madrid”in ötən mövsümdən daha güclü komanda olub-olmadığı sualını cavablandırıb.

Aut.az xəbər verir ki, Pep bu haqda “Marca”ya danışıb.

“Mən bununla razılaşmadığımı deməzdim. Amma keçən il Benzema və Modriçlə əla komandaya sahib idilər. Bununla belə, “Real”ın həmişə yaxşı komandası var. Bunlar mənim hisslərimdir.

“Real” haqqında müsbət danışanda insanların mənə inanmadığını bilirəm. Madriddə zarafatlaşacaqlar və zarafat etdiyimi düşünəcəklər”, – Qvardiola bildirib.

Xatırladaq ki, bu gün – aprelin 17-də Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Mançester Siti” “Real”la qarşılaşacaq. Görüş “Etihad Stadium”da (Mançester şəhəri) baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. İlk görüş 3:3 hesabı ilə başa çatıb.

Aut.az

Exit mobile version