AUT.AZ

İnanılmaz mövsüm: “99″ filminin treyleri yayımlandı – VİDEO

1998/1999 mövsümündə “Mançester Yunayted”in treblindən bəhs edən “99” sənədli filminin treyleri yayımlanıb.

Aut.az xəbər verir ki, həmin mövsüm “qırmızı şeytanlar” İngiltərə Premyer Liqası, İngiltərə Kuboku və Çempionlar Liqasının qalibi olub. Filmin 17 may 2024-cü ildə nümayişi planlaşdırılır.

Sənədli filmdə Devid Bekhem, Qari Nevill, Paul Skoulz, Peter Şmeyxel, Ole Qunnar Solskyaer və Aleks Ferqyuson kimi bu inanılmaz hekayənin bir hissəsi olan oyunçular, məşqçilər və jurnalistlərlə müsahibələr yer alıb.

Həmin mövsüm “Mançester Yunayted” bütün yarışlarda ardıcıl 33 oyunluq məğlubiyyətsizlik rekordu qırıb. Çempionlar Liqasının finalında “Mançester Yunayted” “Bavariya”nı 2:1 hesabı ilə məğlub edib.

Aut.az

 

Exit mobile version