AUT.AZ

Hər gecə sevgilisi ilə qeyri-adi ritual həyata keçirir – FOTO

“Mançester Siti”nin yarımmüdafiəçisi Cek Qriliş sosial şəbəkədə ideal fiziki formanı saxlamağa çalışdığı qeyri-adi gecə ritualını təqdim edib.

Qriliş meydandan kənarda bir çox davranışları ilə tanınır, xüsusən də içki və yuxusuz gecələrlə. Bununla belə, onun zəhməti və məşqə sədaqəti ilə mübahisə etmək olmaz, bunun sayəsində o, əla fiziki forma qazanmışdır.

Əla formasını qorumaq üçün Qriliş villasında gündəlik rejim kimi istifadə etdiyi İsveç saunası quraşdırıb.

Bu, onun öz bağında tikdiyi və hər axşam 10 dəqiqə istifadə etdiyi ənənəvi İsveç saunasıdır. Qriliş 110 dərəcə selsiyə çatan temperaturda ən azı 10 dəqiqə, daha sonra açıq havada daha 10 dəqiqə keçirir.

“The Sun” iddia edir ki, Qriliş belə ritualı sevgilsinin təkidi ilə edir. O, İnstaqram səhifəsində iki foto paylaşıb. Birincisi, yüksək temperaturda on dəqiqəlik prosedurdan sonra necə göründüyünü, ikincisi isə sauna higrometrinin göstərdiyi temperaturu göstərir.

Aut.az

Exit mobile version