AUT.AZ

Gündoğan o andan danışdı: Qol buraxmağa üstünlük verərdim

“Barselona”nın yarımmüdafiəçisi İlkay Gündoğan Çempionlar Liqasının 1/4 final mərhələsinin PSJ ilə cavab oyununda kataloniyalı müdafiəçi Ronald Arauxonun qırmızı vərəqə almasını dəyərləndirib.

Aut.az xəbər verir ki, Gündoğan bunun komandanı sındırdığını bildirib.

“Çox güman ki, bu qayda pozuntusu qırmızı vərəqədir. Təkrarına baxmamışam, ona görə də dəqiq nəsə deyə bilmərəm. Bilmirəm Arauxo topa toxundu, ya yox, amma buna əmin deyilsənsə, o zaman qaydanı pozmamalısan.

Mən belə anda qaydanı pozmağa yox, qol buraxmağa üstünlük verərdim. Çünki qarşılaşmanın əvvəlində qırmızı vərəqə almaq oyunu öldürür.

Kefim yoxdur. Çox yaxşı vəziyyətdə idik. Təkcə ilk oyundan sonra deyil, həm də ilk qolumuzdan sonra. Hər şey öz əlimizdə idi və biz sadəcə hər şeyi ən sadə şəkildə PSJ-yə verdik”, – Gündoğan “CBS Sports Golazo”ya bildirib.

Aut.az

Exit mobile version