AUT.AZ

Etiraf etdi: Hər kəs bilir ki, mən artıq…

Uzun fasilədən sonra kortlara qayıdan tennisçi Rafael Nadal maraqlı açıqlama verib.

Aut.az xəbər verir ki, Barselonada keçirilən ATP-500 turnirində onun finala yüksəlməsinə təəccüblənməyəcəyini deyən yunanıstanlı həmkarı Stefanos Tsitsipasın sözlərinə cavab verib:

“İnanıram ki, hər kəs mənim çıxışlarıma hörmət edir. Amma hamı bilir ki, mən artıq favorit deyiləm. Bu axmaqlıqdır, gəlin etiraf edək. Stefanos bunun doğru olmadığını bilir. Bunun arxasında rəqiblərə çox təzyiq göstərən bir hekayə var. Bəlkə də bu gün favorit idim, amma de Minaurla matçda qətiyyən olmayacağam. Amma fərq etməz. Bunlar jurnalistlər üçündür. Mənim üçün bu, yüksək səviyyəli oyunçuya qarşı mübarizə təcrübəsidir. Bu, bir sınaqdır, gəlin görək necə olduram”.

Aut.az

Exit mobile version