AUT.AZ

“Bavariya” Mbappenin transferində niyə uğursuz olub?

“Bavariya”nın idarə heyətinin sabiq sədri Oliver Kan maraqlı açıqlama verib.

Aut.az xəbər verir ki, o, Münhen klubunda çalışdığı zaman PSJ-nin futbolçusu Kilian Mbappenin və həmin vaxt Dortmund “Borussiya”sında çıxış edən Erlinq Haalandı transfer etmək istədiklərini bildlirib:

“Mbappe ilə bağlı məsələdə heç bir konkretlik yox idi. Kilianı Parisdən çıxarmaq mümkün deyildi. Haalandın isə “Borussiya” ilə müqaviləsində sərbəst qalma maddəsi var idi. Bunu nəzərə almasaydıq, səhlənkarlıq olardı. Biz Avropanın ən yaxşı hücumçularını müəyyən etməli və onlardan hansının bizə yaraşacağını qiymətləndirməli idik”.

Qeyd edək ki, Mbappenin PSJ ilə müqaviləsi mövsümün sonunda başa çatır. Onun azad agent statusu ilə “Real”a keçəcəyi bildirilir.

Aut.az

Exit mobile version