AUT.AZ

“Barsa”lını təhqir edən mütəxəssisi sidiklə “yuyublar”

Argentina millisinin keçmiş qapıçısı və “Atletiko”nun sabiq məşqçisi German Burqos karyerası ərzində üzləşdiyi təhqiramiz hadisə haqda danışıb.

Aut.az xəbər verir ki, o, bu haqda Lamin Yamal haqda dediyi ifadənin yaratdığı qalmaqal fonunda danışıb.

Xatırladaq ki, Burqos “Barsa”nın 16 yaşlı futbolçusu Lamin Yamalla bağlı təhqiramiz ifadə işlətmişdi. Bildirmişdi ki, Yamal futbol oynamasa, küçədə dilənməli olacaq.

“Üstümə sidik tökdülər və mən onlara dedim: “Mən artıq “qızıl duşu” sınamışam, lütfən məni təhqir edin. Məni tanımayanlar var. Qapıçı mövqeyini tərk edə bilməz. O, həmişə özünü bu vəziyyətdə tapır”, – deyə “Marca” Burqosdan sitat gətirir.

Məşqçi qeyd edib ki, o, artıq gənc futbolçudan üzr istəyib.

Aut.az

Exit mobile version