AUT.AZ

Azarkeş futbolçunu qamçı ilə döydü: Federasiya qaydaları dəyişir

Səudiyyə Ərəbistanı Futbol Federasiyası (SAFF) ölkə Superkubokunun finalında “Əl İttihad” – “Əl Hilal” (1:4) matçının sonunda azarkeşin “Əl-Hilal”ın hücumçusu Abderrazaq Hamdallahı qamçı ilə döyməsindən sonra azarkeşlərin davranış qaydalarını nəzərdən keçirmək qərarına gəlib.

Aut.az xəbər verir ki, bu barədə federasiyanın saytında məlumat verilib.

“Səudiyyə Ərəbistanında futbol ailə oyunudur. Xoşbəxtlikdən, azarkeşlər arasında iğtişaşlar olduqca nadirdir. Ona görə də bu qondarma azarkeşin hərəkətləri Səudiyyə futbolunun müdafiə etdiyi hər şeyə ziddir və biz bu hadisəni tamamilə pisləyirik.

Tamaşaçı qaydalarına hərtərəfli yenidən baxılacaq. Baxış zamanı bu cür hadisələrin qarşısının alınmasına təsir göstərə biləcək müvafiq cəzaların sürətli və effektiv tətbiqini təmin etmək üçün yenilənmiş qaydalar tətbiq olunacaq”, – deyə məlumatda bildirilir.

Aut.az

Exit mobile version