AUT.AZ

130 qumarbaz bu ölkədə həbs edilərək Çinə göndərildi

Çin polisi qumar və fırıldaqçılıqda şübhəli bilinən 130 nəfəri Kambocadan geri qaytarıb.

Aut.az xəbər verir ki, bu, bu il repatriasiya edilənlərin ilk partiyasıdır. Əməliyyatı Çin və Kamboca hüquq-mühafizə orqanları birgə həyata keçirib.

Polis cinayət məqsədləri üçün istifadə edilən serverləri, kompüterləri, mobil telefonları və digər alətləri götürüb.

Bildirilir ki, Çin bu cür cinayətlərlə mübarizə üçün digər ölkələrlə əməkdaşlığı gücləndirəcək.

Aut.az

Exit mobile version