AUT.AZ

10 ay sonra karyerasını bərpa etdi: Görün nəyə görə

İsveçli tennisçi Mikael Ymer təqaüdə çıxdığını açıqladıqdan 10 ay sonra karyerasını davam etdirmək qərarına gəlib.

Aut.az xəbər verir ki, səbəb isə passiv həyatdan sıxılması olub.

Onun karyerası son illəri çətin anlarla yadda qalıb. 2021-ci ildə üç yarışdankənar dopinq testini buraxdığı üçün 18 aylıq qadağa ilə üzləşib.

2022-ci ilin iyununda Müstəqil Tribunal ona bəraət verib. Lakin tribunalın üç hakiminin rəyinə baxmayaraq, ITF bu qərardan apellyasiya şikayəti verib və CAS tələbi təmin edib.

Mikael İmer 2025-ci ilin yanvarında kortlara qayıda bilər.

Qeyd edək ki, dünya tennisçilərin reytinqində “ilk 50-lik”də yer alıb.

Exit mobile version