AUT.AZ

Əfsanə 58 yaşında karyerasını bərpa etdi

RIO DE JANEIRO, BRAZIL - DECEMBER 28: Brazilian former football star Romario looks on during a charity football match organized by former Brazilian national team player Zico, at Maracana stadium on December 28, 2013 in Rio de Janeiro, Brazil. (Photo by Buda Mendes/Getty Images)

Braziliya millisinin sabiq üzvü Romario karyerasını 58 yaşında bərpa edib.

Aut.az xəbər verir ki, bu barədə “A Bola” nəşri məlumat yayıb.

Əfsanəvi hücumçu prezidenti olduğu “Amerika Rio-de-Janeyro” ilə müqavilə imzalayıb. Veteran futbolçu bu klubda minimum əməkhaqqı qədər maaş alacaq. Həmin məbləği də kluba bağışlayacaq.

Hazırda D Seriyasında mübarizə aparan klubda Romarionun oğlu Romarinyo da forma geyinir.

Qeyd edək ki, futbolçu karyerasına 1985-ci ildə “Vako de Qama”da başlayan Romario son olaraq elə “Amerika Rio-de-Janeyro”da çıxış etmişdi. O, Braziliya millisinin heyətində 1987-2005-ci illər ərzində 70 oyun keçirib və 55 qol vurub.

Exit mobile version