AUT.AZ

Qvardiola: “Real”dan qorxuram desəm…

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola UEFA Çempionlar Liqasının 1/4 finalının cavab oyununda qarşılaşacaqları “Real” barədə danışıb.

Aut.az xəbər verir ki, o, Madrid komandasından qorxmadığını vurğulayıb:

“Real”dan qorxmuram. Mən onlara çox hörmət edirəm. Bu komanda ilə dəfələrlə qarşılaşmışam. Hörmət edirəm, amma qorxuram desəm yalan olar.

Müəyyən rəqabətimiz var, onları məğlub etmək, uğur qazanmaq istəyirsən. Bəzən qalib gəlirsən, bəzən uduzursan. Amma uduzsam onlardan qorxmayacağam, bu dəfələrlə olub. Bu halda biz sadəcə onları qələbə münasibətilə təbrik edəcəyik və uğurlar arzulayacağıq”.

Qeyd edək ki, “Mançester Siti” – “Real Madrid” matçı aprelin 17-də Mançesterdə keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Tərəflər arasında ilk oyun 3:3 hesabı ilə başa çatıb.

Exit mobile version