AUT.AZ

“Qalatasaray” dan darmadağın

Türkiyə Super Liqasında XXXII turun oyunlarına yekun vurulub.

Aut.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. “Trabzonspor” azarkeşləri önündə “Sivasspor”a məğlub olub.

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi “Adana Demirspor” azarkeşləri önündə “Kayserispor”la heç-heçə edib. “Beşiktaş” isə “Samsunspor”la bərabərə qalıb.

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Hatayspor” bu turda “İstanbulspor”a məğlub olub. Dadaşov oyuna 69-cu dəqiqədə daxil olub və sona qədər oynayıb.

“Fənərbağça” isə “Karagümrük” səfərindən üç xalla dönüb.

“Qalatasaray” isə səfərdən 3 xalla dönüb.

Türkiyə, Super Liqa
XXXII tur

12 aprel

Trabzonspor – Sivasspor 1:0
Qol: Q.Meniq, 52

13 aprel

Kasımpaşa – Konyaspor 0:2
Qollar: 
A.Nado, 21, Gilerme, 90+8 (pen.)

Ankaragücü – Qaziantep 3:1
Qollar: 
E.Bekiroğlu, 31, 68, A.Sov, 65 – M.Yevtoviç, 7

Adana Demirspor – Kayserispor 0:0

Beşiktaş – Samsunspor 3:1
Qollar: S.Kılıçsoy, 18 – E.Kılınç, 68

14 aprel

Pendikspor – Başakşəhər 2:3
Qollar: 
M.Tiam, 18, F.Midjtso, 56 – J.Fiqueredo, 36, 50, D.Pelkas, 80

Hatayspor – İstanbulspor 0:3
Qollar: 
F.Loshay, 68, M.Mamadu, 71, V.Temel, 87

Rizespor – Antalyaspor 3:0
Qollar: 
A.Zeqiri, 33, 60, A.Qayç, 82

Karagümrük – Fənərbağça 1:2
Qollar: 
C.Keleş, 45+1 – E.Dzeko, 49, M.Batşuayi, 57 (pen.)

15 aprel

Alanyaspor – Qalatasaray 0:4
Qollar: 
Barış Alper Yılmaz, 56, 72. H.Ziyeş, 61. M.İkardi, 86.

Exit mobile version